Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Navalnıdan YENİ XƏBƏR var -ora məktub göndərmək belə mümkün deyil

Aleksey Navalnı tərəfdarlarına müraciət etdi: "Sizi qorxutmağa imkan  verməyin"
Rusiyanın əsas müxalifət siyasətçisi Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndində yerləşən 3 saylı “Qütb canavarı” xüsusi rejimli cəzaçəkmə koloniyasına göndərilib.
Yenixeber.org: Bu barədə onun tərəfdaşları məlumat yayıb.
Bildirilir ki, 19 gün ərzində Navalnının harada olması barədə heç nə məlum deyildi:
“O, Arktika dairəsindən kənarda, Yamal-Nenets Muxtar Dairəsinin Xarp kəndindədir. Bu koloniyaya getmək, demək olar ki, mümkün deyil, ora məktub göndərmək belə demək olar ki, mümkün deyil. Bu, dünyadan təcrid olunmağın mümkün olan ən yüksək səviyyəsidir - hər şey bunun üçündür”.
Qeyd edək ki, Xarp kəndi Arktika dairəsindən 60 kilometr şimalda yerləşir. Rosstatın 2023-cü ilin yanvarına olan məlumatına görə, Xarp kəndində təxminən beş min insan yaşayır.
Xatırladaq ki, Rusiya müxalifətinin lideri Aleksey Navalnı 2022-ci il martın 22-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə 9 il azadlıqdan məhrum olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam