Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Qəzzada ölənlərin sayı artır...

Qəzzada ölənlərin sayı artdı — Yenilənib
      Qəzza zolağında aparılan döyüşlər nəticəsində həlak olanların sayı 21 507 nəfərə çatıb.

Yenixeber.org: Məlumata görə, oktyabrın 7-dən indiyədək 55 915 nəfər xəsarət alıb. Bu rəqəmlərə son 24 saat ərzində 187 ölüm daxildir. Lakin statistika mülki şəxslərlə silahlı qruplaşmaların üzvləri arasında fərq qoymur.

Öz növbəsində, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyinin Yaxın Şərq üzrə qurumu oktyabrın 7-dən bu yana agentliyə məxsus binalarda gedən döyüşlərdən sığınan 308 nəfərin həlak olduğunu bildirib. BMT binalarında gizlənən daha 1 095 nəfər yaralanıb.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib və bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi, uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox girov götürülməsi ilə müşayiət edilib.

İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başlandığını elan edib.(“Al Arabia”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam