Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Rusiya Ermənistandan izahat tələb etdi -RƏSMİ

Rusiya erməni deputatlara sanksiyalar tətbiq edə bilər

Moskva Ermənistandan ikitərəfli kanallar vasitəsilə bu ölkənin Baş naziri Nikol Paşinyanın İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının dondurulması ilə bağlı dediklərinin nə demək olduğuna dair əsaslandırıcı izahat gözləyir.

Yenixeber.org: Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd edilib ki, İrəvanın təşkilatın tədbirlərində iştirakının dinamikası azalıb:

“Ümid edirik İrəvanda anlayacaqlar ki, mövcud narahatlıqlar ictimai müstəvidə qaldırmaq yolu ilə həll edilmir, onlar etibarlı dialoq vasitəsilə müzakirə olunmalı və aradan qaldırılmalıdır”.

XİN vurğulayıb ki, 2022-ci ildə Ermənistan tərəfinin xahişi ilə operativ şəkildə KTMT Katibliyinin və Birləşmiş Qərargahının qiymətləndirmə missiyası formalaşdırılıb və ölkənin sərhəd rayonlarına göndərilib. Nəticələr üzrə, KTMT Kollektiv Təhlükəsizlik Şurasının Ermənistanda monitorinq missiyasının yerləşdirilməsi ilə bağlı qərar hazırlanıb:

“Bunun müqabilində isə İrəvan nümayişkaranə şəkildə ölkəyə Avropa Birliyinin psevdo-müşahidəçilərini dəvət etməyi seçdi – bu faktlar hər kəsə məlumdur və onların gördüyü işin səmərəsizliyi də göz qabağındadır”.

Qeyd edək ki, Nikol Paşinyan "Frans 24" nəşrinə müsahibəsində Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu bildirib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam