Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bu ölkə tarixində ilk vahid səsvermə başladı

Belarus tarixində ilk vahid səsvermə başladı

Belarusda parlamentin aşağı palatasının və yerli şuraların deputatlarını seçəcək ölkə tarixində ilk vahid səsvermə günü saat 08:00-da (Bakı vaxtı ilə 09:00) start götürüb.

Yenixeber.org: Vahid səsvermə günü 2022-ci ilin fevralında qəbul edilmiş yenilənmiş konstitusiyaya uyğun olaraq keçirilir.

Əvvəllər dörd illik seçki dövrü ərzində bir neçə seçki kampaniyası keçirilib. İndi parlament və yerli şuraların deputatları eyni vaxtda beş il müddətinə seçiləcək.

Belarus Milli Məclisinin Nümayəndələr Palatasının 110 yeri uğrunda 263 namizəd mübarizə aparır. Yerli şuraların 12 514 yeri uğrunda 18 802 namizəd mübarizə aparacaq.

Belarusda 6,9 milyondan çox insanın səsvermə hüququ var. Dairələr saat 20:00-a (Bakı vaxtı ilə 21:00) qədər açıq olacaq. Xaricdə seçkilərin keçirilməsi nəzərdə tutulmur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam