Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Tacikistan öz vətəndaşlarının terrorda iştirakı ilə bağlı xəbərlərə belə cavab verdi -RƏSMİ AÇIQLAMA

Tacikistan Xarici İşlər Nazirliyi Moskva vilayətində törədilən terror aktında respublika vətəndaşlarının iştirakı ilə bağlı məlumatları saxta adlandırıb. 

Yenixeber.org: Bu barədə nazirliyin "Telegram" kanalında dərc olunan müraciətində deyilir.
"Moskvada "Krokus Siti Hall" konsert kompleksində baş vermiş terror aktı ilə əlaqədar olaraq, biz diqqəti bu aktda Tacikistan vətəndaşlarının və ya tacikistanlıların iştirakı ilə bağlı məlumatların yayılmasına məsuliyyətlə yanaşmağın zəruriliyinə yönəldirik", deyə Tacikistan Xarici İşlər Nazirliyindən bildirilib. 
Nazirlik vurğulayıb ki, Tacikistan tərəfi Rusiya hakimiyyət orqanlarından "Tacikistan vətəndaşlarının bu işə qarışması ilə bağlı saxta məlumat” barədə təsdiq almayıb. Bununla bağlı XİN Rusiyanın dövlət qurumları tərəfindən yayılan rəsmi məlumatlara əsaslanmağa çağırıb.
Qeyd edək ki, İŞİD terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Artıq terrorda şübhəli bilinən iki nəfər saxlanılıb, dörd nəfər isə qaçıb. Onların Tacikistan vətəndaşları olduğu bildirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam