Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

SEPAH: Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb

Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb.

Yenixeberorg.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) məlumat yayıb.

"Bu gün səhər saatlarında əvvəlki xəbərdarlıqlara məhəl qoymayaraq, izləmə və identifikasiya sistemlərini söndürən, Hörmüz boğazının şərqindəki təhlükəli və qadağan olunmuş ərazidə hərəkət edən neft tankeri dəniz minasına çırpılıb", - HDQ-dən bildirilib.

Qeyd olunub ki, nəticədə tankerdə yanğın baş verib və gəmi hərəkətsiz qalıb. SEPAH-ın bəyanatında bildirilib ki, Hörmüz boğazının şərqindəki qadağan olunmuş ərazidə hərəkət edən və qayda pozan neft tankerləri dəniz minalarına çırpılaraq yanğınla üzləşəcək.

Xatırladaq ki, gecə saatlarında boğazın cənubunda iki neft tankeri minaya düşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam