Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

 ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə dialoqu alqışlayır -RƏSMİ AÇIQLAMA

Biz açıq şəkildə bildirdik ki, dialoqu alqışlayırıq (Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair).

Yenixeber.org: Məlumata görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə Azərbaycan və Ermənistan arasında gələcək mümkün təmaslara dair sualı cavablandırarkən deyib.

M.Miller bildirib ki, problemin həlli danışıqlar masasından keçir.

"Qarşıdan gələn danışıqlar barədə danışmaq istəmirəm. Biz dialoqu alqışladığımızı açıq şəkildə bildirdik. Bu dialoqun asanlaşdırılması üçün istənilən rolu oynamaqdan məmnunuq və buna davam edəcəyik. Hər hansı konkret görüşlərdən əvvəlcədən danışmaq istəmirəm”, - Dövlət Departamentinin sözçüsü əlavə edib.

Qeyd edək ki, Ermənistan Azərbaycan tərəfinin “Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verib. Söhbət “Sülh müqaviləsi” layihəsinə dair təkliflərin səkkizinci variantından gedir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam