Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Rusiya kütləvi hücuma hazırlaşır

Rusiya bu ölkələrə hücuma hazırlaşır - VİDEO

Rusiya Ukraynanın ərzaq sənayesinə aid obyektlərə silsilə zərbələr endirməyə hazırlaşır.

Yenixeberorg.az: Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbə “Unian”a məlumat verib.

Mənbənin sözlərinə görə, Rusiya ilk növbədə kənd təsərrüfatı məhsullarının saxlanması və emalı müəssisələrini hədəfə almağı planlaşdırır:

“Zərbə təhlükəsi altında elevator və anbar infrastrukturu, günəbaxan və digər bitki yağlarının istehsalı müəssisələri, həmçinin süd və yağ zavodları, ət kombinatları, quşçuluq fabrikləri və digər müəssisələr var”.

O əlavə edib ki, təhlükə həm Ukrayna, həm də ölkədə fəaliyyət göstərən xarici şirkətlərə məxsus müəssisələrə aiddir.

Mənbənin qiymətləndirməsinə görə, Moskva bu hücumlarla Ukraynada daxili vəziyyəti sabitliyini pozmağa çalışır. Planın əsas məqsədləri ərzaq təhlükəsizliyinə zərbə vurmaq, daha sonra informasiya kampaniyası vasitəsilə cəmiyyətdə ruh düşkünlüyü yaratmaq və Ukrayna biznesinin dağıdılması hesabına ölkənin büdcəsinə daxil olan valyuta gəlirlərini azaltmaqdır.

Bundan başqa, mənbə bildirib ki, Moskva Ukraynanın ərzaq sənayesini məhv etməklə gələcəkdə Rusiya kənd təsərrüfatı məhsullarının, xüsusilə Afrika, Yaxın Şərq və Asiya ölkələrinə ixracının payını artırmağı hədəfləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam