Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

ASA “QS Stars” audit qiymətləndirməsində 5 ulduza layiq görülüb -FOTO

Azərbaycan İdman Akademiyası (ASA) dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Quacquarelli Symonds (QS)” tərəfindən həyata keçirilən “QS Stars” beynəlxalq audit qiymətləndirməsində ən yüksək nəticə hesab edilən 5 ulduza (“mükəmməl”) layiq görülüb.
Yenixeberorg.az: ASA audit çərçivəsində 9 kateqoriya üzrə qiymətləndirilib, onlardan 5-də 5 ulduz (“mükəmməl”), digər 4-də isə 4 ulduz ("çox yaxşı") nəticəsi əldə edib. Akademiyanın tədris, infrastruktur, məzunların məşğulluğu, müxtəliflik və inklüzivlik və səmərəli idarəetmə kateqoriyaları üzrə nəticəsi 5 ulduzdur (“mükəmməl”).
Qeyd edək ki, ASA dünyada bu nəticəni əldə edə edən ilk idman profilli ali təhsil müəssisəsidir.
ASA-nın 5 ulduza layiq görülməsi Azərbaycanda idman təhsilinin beynəlxalq səviyyədə tanınması və Akademiyanın qlobal ali təhsil məkanında mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm nailiyyətdir. Bu uğur ASA-nın beynəlxalq keyfiyyət standartlarına uyğun inkişafının və ali idman təhsili sahəsində artan nüfuzunun göstəricisidir.
“QS Stars” ali təhsil müəssisələrinin fəaliyyətini beynəlxalq səviyyədə qiymətləndirən nüfuzlu sistemlərdən biridir. Bu sistem universitetlərin güclü və inkişaf etdirilməli sahələrini müəyyən edərək onların dünya miqyasında tanınmasına töhfə verir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam