Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Timsah qadını parçalayıb yedi

 

İndoneziyada timsah bioloq-qadını diri-diri yeyib.

Yenixeber.org: Bu haqda “Daily Mail” nəşri məlumat yayıb.

Faciəvi hadisə yanvarın 11-də Şimali Sulavesi əyalətinin Tomohon şəhərinin laboratoriyalarından birində baş verib.

44 yaşlı bioloq Dizi Tuvo valyerdə saxlanılan Merri ləqəbli timsaha yem verməyə çalışıb. O, ət atmaq üçün valyerin çəpərinə təhlükəli məsafəyə qədər yaxınlaşıb.

Polisin versiyasına görə, beş metrlik sürünən, arxa pəncələri üstə qalxaraq, metr yarım hündürlükdə olan çəpərdən aşıb. Şikarını dişləri arasına alaraq valyerə daşıyıb.

Tuvonun həmkarları laboratoriyaya gələndə volyerdə qəribə obyektin olduğu diqqətlərindən yan keçməyib.

Gölməçənin sahilində əyləşən timsah ağzında tanınmaz hala gəlmiş qadının bədənini gəmirib.

Hadisə yerinə çağırılan xilasedicilər, qadının parçalanmış meyitini sürünəndən ala bilib. Timsahın mədəsində olan qalıqların xaric edilməsi üçün yırtıcı baytarlıq klinikasına göndərilib.

Laboratoriya əməkdaşlarının dediyinə görə, Merri əvvəllər timsahlara hücum etsə də, insanlara qarşı heç vaxt aqressiya nümayiş etdirməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam