Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Buzovnada sevgilisini öldürən gənclə bağlı –Qərar

Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən Zəfər Mərdanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Yenixeber.org: Məlumata görə, Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Zəfər Mərdanovun cəzasının yüngülləşdirilməsi ilə bağlı verdiyi şikayət təmin olunmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zəfər Mərdanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il avqustun 10-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Səkinə Hümbətova bıçaqla qətlə yetirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Zəfər Mərdanov tərəfindən törədilməsi, onun Bakı şəhər sakini Zülfiyyə Şiriyeva ilə birgə sonuncuya məxsus “Mitsubishi” markalı avtomobildə hadisə yerinə gəlmələri və sonradan həmin nəqliyyat vasitəsini Şağan qəsəbəsi ərazisində ataraq getmələri də müəyyən edilib.

Həyata keçirilmiş tədbirlərlə ağır cinayət hadisəsini törətməkdə şübhəli bilinən Zəfər Mərdanov tutularaq istintaqa cəlb olunub.

İstintaq həmçinin müəyyən edib ki, cinayətin səbəbi Səkinə Hümbətovanın Zəfər Mərdanova ərə getməkdən imtina etməsidir.

Səkinə Hümbətovanın azyaşlı övladı qalıb.

Görülmüş tədbirlərlə Zülfiyyə Şiriyeva da saxlanılıb.

Onun əməlləri Cinayət Məcəlləsinin 307-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsinə tövsif edilib.

Zülfiyyə Şiriyevanın cinayət işi ayrıca icraata götürülüb. Teleqraf.com 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam