Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

300 min manatlıq oğurluq - edən şəxslər kassasiya şikayəti veriblər

Qaradağda oğurluqda təqsirləndirilən Osman Məmmədov, Yadigar Dadaşov, Dünyamalı Güləliyev və Fikrət Atakişiyev barələrində olan hökmdən kassasiya şikayəti veriblər.

Yenixeber.org: Ali Məhkəməyə müraciət edən şəxslər cəzalarının yüngülşədirilməsini istəyirlər.

Şikayət hakim Hafiz Nəsibovun icraatına verilib. Məhkəmə iclası mayın 22-nə təyin edilib.

Qeyd edək ki, oğurluq hadisəsi ötən il martın 21-də Novruz bayramı günü Qaradağ rayonu ərazisində baş verib. Həmin şəxslər Qaradağ rayonu ərazisində yerləşən "Korgöz" daş karxanasının sahibi olan Aydın Sultanovun evindən 200 min manat pul və 100 min manat dəyərində qızıl əşyalar oğurlayıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Məmmədov, Y.Dadaşov, D.Güləliyevin hər biri 7 il azadlıqdan məhrum edilib. İstintaq dövründə barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilmiş F.Atakişiyev isə 1500 manat cərimələnib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi onların şikayətlərini təmin etməyib. (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam