Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Zelenski azərbaycanlı generalı təltif etdi-FƏRMAN

 

 Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra şəxslərin orden və medallarla təltif edilməsi haqqında Fərman imzalayıb.
Yenixeber.org: Təltif edilənlər arasında Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev də var.

Ukrayna Prezidentinin Fərmanı ilə İ.Babayev “Əmək və cəsarət” medalı ilə təltif edilib.

Qeyd edək ki, İ.Babayev 1981-1986-cı illərdə Kiyev İnşaat və Memarlıq Milli Universitetinin (KİMMU) İnformasiya texnologiyaları fakültəsində təhsil alıb. 1986-1987-ci ildə KİMMU-nun İstehsal proseslərinin avtomatlaşdırılması kafedrasında müəllim işləyib. 1987-1991-ci illərdə Dövlət İmtahan Attestasiya Komissiyasının qərarına əsasən KİMMU-da aspiranturaya qəbul olunub, eyni zamanda, pedaqoji fəaliyyətini davam etdirib.

Elmi işlərinin nəticələrinin tətbiqinə və səmərəliyinə görə 1989-cu ildə Kiyevdə “İlin ən yaxşı ixtiraçısı” adına layiq görülüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam