Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

MN: -Ön xətt bölmələrimiz qışa tam hazırdır

MN: Ön xətt bölmələrimiz qışa tam hazırdır

Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən və hər bir müdafiə mövqeyi alınmaz qalaya çevrilən bölmələrində müasir əsgəri-məişət kompleksləri tikilərək şəxsi heyətin istifadəsinə verilib.

Yenixeber.org: Müdafiə Nazirliyindən bildirilib ki, yaradılan müasir şərait heç şübhəsiz ki, xalq-ordu birliyinin, dövlət qayğısının və nümunəvi xidmətin bəhrəsidir.
Ön xətdə xidmət edən hərbi qulluqçular daha çox sayıqlığı və peşəkar döyüşçü keyfiyyətləri ilə seçilirlər. Hər biri yenilməz Vətən müdafiəçisi olan əsgərlərimiz ayıq-sayıq döyüş növbətçiliyi aparmaqla bərabər ən çətin tapşırıqları da yerinə yetirməyə qadirdirlər.
Qartallar məkanı olan uca zirvələrdə qış daha sərt keçdiyindən birinci eşelon bölmələrimiz qışa hazırlıq tədbirləri çərçivəsində isti geyim, yanacaq, içməli su, ərzaqla, eləcə də digər zəruri ehtiyatlarla qabaqcadan və ilk növbədə tam təmin edilir. Hər bir şəraitə malik əsgəri-məişət komplekslərində isti geyim və keyfiyyətli ərzaqla təmin olunan əsgərlərimiz dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq Vətənimizin müdafiəsində peşəkar döyüşçü kimi dayanırlar.
Hərbi qulluqçulara dövlət qayğısı ordu quruculuğu işinin tərkib hissəsidir. Hər bir hərbi qulluqçu da bu diqqət və etimadı yüksək döyüş hazırlığına yiyələnməklə doğrultmağa çalışır.
Göründüyü kimi Naxçıvan Muxtar Respublikasında dövlət-ordu-xalq  birliyinin möhkəm təməli yaradılıb. Bütün bunların nəticəsidir ki, dövlətin və xalqın dəstəyini üzərində hiss edən şəxsi heyətin döyüş ruhu günbəgün artır, Vətənimiz etibarlı müdafiə olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam