Ərdoğan Makrona "dərs keçdi"-“get, tarixi öyrən”

“Adını çəkmək istəmirəm, amma məcburam. Çünki onun şəxsən mənimlə sıxıntıları var”.
Yenixeber.org: Türkiyə lideri bunu fransalı həmkarı Emmanuel Makronun tənqidlərinə və Avropa İttifaqını Ankaraya qarşı daha sərt olmağa çağırmasına cavab olaraq deyib.
R.T.Ərdoğan 1980-ci il sentyabrın 12-də ölkə ərazisində baş vermiş hərbi çevrilişin 40-cı ildönümü münasibətilə keçirilən simpoziumda çıxış edərkən bildirib: “Deyir ki, bizim türk milləti ilə deyil, Ərdoğanla sıxıntımız var. Hörmətli Makron, sənin mənimlə bağlı çox sıxıntıların olacaq. Əvvəlcə, türk milləti, Türkiyə ilə işin olmasın! Afrikanın tarixi demək olar ki, Fransanın tarixidir. Əlcəzairdə bir milyon insanı öldürən sizsiniz.
Sən bizə tarix dərsi keçə bilməzsən! Bunu öyrən! Şəxsən özünə dedim! Dedim ki, sənin tarixi bilgin yoxdur, bunları öyrən! Biz Afrikada bir insanın da burnunu qanatmadıq”.









AZ
RU