Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

“EU Politics” -Prezidentin müsahibəsindən sitatlar verdi

“EU Politics” Prezidentin müsahibəsindən sitatlar verdi
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 19-da ölkə televiziyalarına müsahibəsində səsləndirdiyi fikirlər dünyada böyük əks-səda doğurub.
Yenixeber.org: Avropa İttifaqının “EU Politics” informasiya-analitik nəşri Azərbaycan dövlətinin başçısının müsahibəsi barədə məlumat yayıb (bax: https://eu-politics.jimdofree.com/promoted-content/abscheron ). Materialda Prezident İlham Əliyevin qonşu Ermənistanın təcavüzkar siyasəti barədə açıqlamaları sitat gətirilir.

Nəşr Prezidentin bu sözlərini diqqətə çatdırır: “Ermənistan Türkiyəyə qarşı ərazi iddiası irəli sürüb. Bu, onların konstitusiyasında öz əksini tapıb, təsbit edilib. Ermənistan indi Sevr müqaviləsini canlandırmaq istəyir. Sən səfalət içində, özü də özünə aid olmayan yerlərdə dövlət qurmuş balaca bir ölkə Türkiyə boyda ölkəyə necə iddia qaldıra bilərsən, onu necə ittiham edə bilərsən?! Sən heç olmasa öz potensialına da bax, Türkiyənin potensialına da bax”.

“EU Politics”, həmçinin Prezident İlham Əliyevin Türkiyə və Azərbaycan arasındakı yaxın münasibətlər barədə fikirlərinə də yer ayırıb: “Bizim Türkiyə ilə sıx əlaqələrimiz bundan sonra da inkişaf edəcək. Ulu öndər Heydər Əliyev demişkən, “bir millət, iki dövlət” prinsipi əsasında, bütün məsələlərdə bir yerdəyik. Hər bir məsələdə bir-birimizin yanındayıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam