Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bu ölkə 14 günlük karantin rejimini bərpa edir-SƏBƏB

 

Böyük Britaniya hökuməti ölkəyə daxil olan şəxslərə tətbiq edilən karantin rejiminə yenidən dəyişikliklər edib.

Yenixeber.org: Ddəyişikliklərə əsasən Danimarka, İslandiya, Slovakiya və Karib dənizində yerləşən Kyurasao adasından ölkəyə gələn şəxslərə14 günlük karantin rejimi tətbiq olunacaq.

Krallığın Nəqliyyat və Xarici İşlər Nazirliklərinin yayımladığı birgə bəyanatda deyilir ki, qərar şənbə günü saat 04:00-dan (Bakı vaxtı ilə 07:00) qüvvəyə minir.

Bununla da Böyük Britaniya pandemiyanın ikinci dalğası riskini azaltmağa çalışır. Ümumilikdə, ölkədə koronavirusa 416 363 nəfər yoluxub, onların 41 902-sinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Britaniya pandemiya zamanı sərhədlərini bağlamayan az sayda Avropa ölkələrindən biridir. Ölkəyə daxil olan turistlərə tətbiq edilən karantin rejimi yalnız 8 iyun tarixindən etibarən fəaliyyətə başladı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam