Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Düşmən Cocuq Mərcanlını raket atəşinə tutdu:“Biz heç kimdən, heç nədən qorxmuruq” - FOTO/VİDEO


Düşmən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini raket atəşinə tutub. 

Yenixeber.org: Məlumata görə, raket Cocuq Mərcanlıda dinc sakinin yaşadığı evin həyətinə düşüb:

“Azərbaycan hökuməti Cocuq Mərcanlıda əhalinin yaşayışı üçün yeni binalar inşa edib. Gördüyünüz kimi, ətrafdakı yaşayış evləri yenidir.

Ermənilər yaşayış məntəqələrini artilleriya atəşinə tutaraq, Azərbaycan dövlətinin öz əhalisi üçün yaratdığı infrastrukturu məhv edir. Bu da bir daha Ermənistanın bugünkü idarəçiliyinin cinayətkar xarakter daşıdığını sübut edir”.

Kənd sakinləri düşməndən qətiyyən qorxmur və çəkinmir:

“Azərbaycanın igid, qorxmaz oğulları, güclü ordusu olduqca, biz heç kimdən, heç nədən qorxmuruq. Biz şərəflə yaşamışıq, şərəflə də yaşayacağıq”.

Həmin görüntüləri təqdim edirik:



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam