Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Dağıstanın cənubuna -raket düşüb

Dağıstanın Aqul rayonunda naməlum bir raket düşərək partlayıb.

Yenixeber.org: “Budni Kavkaza” portalı xəbər verir ki, raket Çıraq kəndindən təxminən 10 kilometr aralıda düşüb.

Yerli sakinlərin verdiyi məlumata görə, partlayış dalğası evləri silkələyib. Parlayış nəticəsində 15-20 metr diametrində bir krater əmələ gəlib.

Yayımlanan görüntülərdən təxminən iki metr dərinlikdə çuxurun ortaya çıxması məlum olub.

Hal-hazırda baş verənlərlə bağlı rəsmi bir şərh yoxdur.

Qeyd edək ki, Aqul rayonu Dağıstanın cənubunda yerləşir. Onun ərazisində 10 mindən çox sakin yaşayır.

Xatırladaq ki, oktyabrın 4-də Ermənistan silahlı qüvvələri Xızı və Abşeron rayonlarına iki ədəd 300 kilometr məsafəli orta mənzilli raket atmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam