Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Paraqvaylı senator: -"Bu çətin vaxtda Azərbaycanın yanındayıq"

Paraqvaylı senator: Bu çətin vaxtda Azərbaycanın yanındayıq

“Paraqvay Milli Senatının üzvləri olaraq Ermənistanın faşist hökuməti tərəfindən törədilən hücumlardan sarsılmış və dəhşətə gəlmişik. Günahsız insanlarının həlak olması ilə bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk”.

Yenixeber.org: Bu fikirləri Paraqvay Milli Senatının üzvü Xuan Bartolome Ramires Brizuela Ermənistan ordusunun Azərbaycanın dinc əhalisinə hücumlarını şərh edərkən deyib.

“Bu, İkinci Dünya müharibəsinii dəhşətli günlərini xatırladan mənfur hücumdur. Azərbaycan xalqına həmrəyliyimi, tam dəstəyimi ifadə etmək istərdim. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə törədilən bu faşistsayağı, qanlı, insanlıqdan uzaq hücumlar Avropa liderləri tərəfindən də pislənməlidir. Bu əməllər beynəlxalq birliyin hərtərəfli diqqətinə və qınağına hədəf olmalıdır. Biz paraqvaylılar da erməni terrorçuların liderləri tərəfindən göstərilən bu qəddarlıqdan dərin sarsıntı keçirdik. Onların mütəşəkkil cinayətkarlıqla əlaqələri getdikcə daha da əyani üzə çıxır”, – senat üzvü bildirib.

O vurğulayıb ki, bu çox çətin bir vaxtda biz Azərbaycanın yanındayıq: "Trans-Atlantik miqyaslı siyasi məsələlərdə, ilk növbədə çoxtərəfli diplomatiyanın başlıca platformları, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycana dəstək verməyə hazırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam