Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bu günün havası: -Yağış, leysan, qar

Bu gün Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 12-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 12-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.

Tibb-meteoroloji proqnoza gəlincə, noyabrın 11-12-də Abşeron yarımadasında mülayim xəzri küləyi və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətin bir qədər çox olacağı gözlənilir ki, bu da bəzi insanlarda narahatlıq yarada bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam