Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Paşinyan etirazçılara qarşı təxribat hazırladı

 

Ermənistanda baş nazirin istefasını tələb edən vətəndaşların və siyasi qüvvələrin parlament qarşısında etirazları davam edir.
Yenixeber.org: Bu gün etirazçıların toplaşdığı əraziyə naməlum şəxs tərəfindən partlayıcı olduğu iddia edilən maddə atılıb.

Hadisə ilə bağlı etirazçılara səslənən müxalif “ARF Daşnaksütyun” partiyasının təmsilçisi İşxan Sağatelyan təxribatlara reaksiya verməməyi tövsiyə edib. O, polislə vətəndaşlar arasında toqquşmalara səbəb olmaq üçün belə insidentin törədildiyini, ancaq təxribata getməyəcəklərini bildirib.

“Onsuz da çox sayda qurbanımız var. Biz ölkəni sarsıtmırıq. Bizim bir problemimiz var - Nikol Paşinyanı vəzifədən kənarlaşdırmaq. Bu hadisə Nikolun tərzidir. Hər zaman təxribatlar həyata keçirəcək. Polislə qarşıdurmaya ehtiyac yoxdur və bir daha deyirəm ki, bu, Nikolun təxribatıdır. O, ölkəmizdə yenidən qarşıdurmalara səbəb olur. Bir dəfə onu ağıllı olmağa və insanlardan intiqam almamağa çağırdım. Partlayıcı maddəni atan isə Nikolun növbəti təxribatçılarından biri idi. Mən sizi təxribatlara uymamağa çağırıram”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam