Hikmət Hacıyev:"Vətəndaşları ailə şənlikləri keçirməkdən çəkinməyə çağırırıq"

“Yaşı 65-dən yuxarı olan vətəndaşlardan xahiş olunur ki, vacib olmayan təmaslardan çəkinsinlər”.
Yenixeber.org: Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O vurğulayıb ki, vətəndaşlar açıq və qapalı yerlərdə maska taxmalıdır: “Vətəndaşlara eyni zamanda, ailə şənliklərindən və digər tədbirlərdən uzaq durmaq da tövsiyə olunur. Vətən müharibəsinə töhfə vermək istəyiriksə, qoyulan qaydalara əməl etməliyik”.









AZ
RU