Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Madagizdə ayaqlarını itirən erməni əsgər çörək almağa pul tapmır-FOTO

 

 Qarabağ döyüşlərində məğlub olan Ermənistan ordusunun hərbçiləri səfalət içində yaşayırlar.
Yenixeber.org: Sentyabrın 27-də döyüşə gedən 30 yaşlı Argişti Mikayelyanın ailəsi dövlətdən narazıdır. Qarabağda ayaqlarını itirən Mikayelyanın ailəsi aidiyyəti qurumların onlarla maraqlanmadığını bildirib.

“Evin yeganə qazanc gətirəni Argişti idi. O, yaralandıqdan sonra ciddi sosial problemlərlə üz-üzə qaldıq. Kirayə haqqını ödəyə bilmirik, evdə gündəlik ərzaq belə olmur", - deyə erməni əsgərin həyat yoldaşı şikayətlənib.

Argiştinin həyat yoldaşının sözlərinə görə, əri cəbhə xəttində, Madagizdə olub. 27 sentyabrda gedib və ayın 6-da yaralanaraq İrəvana gətirilib. Orada ayaqları dizdən aşağı kəsilib.

"Hazırda kirayədə yaşayırıq, aylıq kirayə haqqı 35 min dramdır. Hələ dövlətdən yardım almamışıq, ərim lazımi sənədləri təqdim edib. Dedilər ki, protez məsələsi həll edilsin sonra gələrsiniz. Başqa sözlə, təxirə saldılar”, - deyə qadın evə çörək almağa belə pul tapmadıqlarını söyləyib.

Məlumata görə, gənc ailənin 4 və 2 yaşında iki oğlu var. Ailəyə maddi yardım göstərmək üçün bank hesabı açılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam