Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

"Euronews”un əməkdaşları Suqovuşanda -VİDEO

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu Vətən müharibəsinin gedişatında, oktyabrın 3-də Suqovuşan kəndini işğaldan azad edib.

Yenixeber.org: Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə kəndin tarixi adı özünə qaytarılıb.

Bu günlərdə “Euronews” telekanalının çəkiliş qrupu erməni işğalından azad edilmiş kənddə olub.

Məcburi köçkünlərdən biri, 27 il əvvəl kəndini tərk etməyə məcbur olmuş Xaliq Hümbətov çəkiliş qrupundan onu özü ilə aparmağı xahiş edib.

"Bir dəfə gecə saqqallı erməni bizə gəldi. O, dedi ki, səhər çıxıb getməliyik. Bizə yalnız bir neçə at aparmağa icazə verdilər. Lakin başqa bir erməni atın cilovundan yapışıb dedi: "Siz bu atı aparmayacaqsınız". Mən balaca idim, ağlayırdım. Onlar atı apardılar və biz piyada getdik", - Xaliq Hümbətov telekanala danışıb.

X.Hümbətov artıq böyük kişidir. O, 27 il olmadığı doğma yerlərinə qayıtdıqda sevinc göz yaşlarını güclə saxlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam