Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

 Manukyan Azərbaycanı Ermənistana nümunə göstərdi

 

“Mövcud vəziyyət göründüyündən çox pisdir. Yalnız torpaq və insanları deyil, ölkənin gələcəyinə də inamımızı itirmişik”.
Yenixeber.org: Bunu Ermənistan müxalifətinin baş nazir vəzifəsinə namizədi olan Vazgen Manukyan gənclərlə görüşü zamanı deyib.

O bildirib ki, bütün baş verənlərdən sonra ayağa qalxıb xəyal etdikləri dövləti yenidən qura biləcəklərmi sualı yaranıb:

“Əminəm ki, bunu edə bilərik. Müharibə hələ bitməyib. Müharibənin aktiv hissəsi bitdi, ancaq özümüzü müdafiəsiz hiss etdiyimiz lokal döyüşlər davam edir. İndi bir nümunə gətirəcəyəm və bu çox pis səslənə bilər. 1994-cü ildə Azərbaycan məğlubiyyətə uğradı və ərazilərini itirdi, xeyli itkilər verdi. Sonra elə bir sənədə imza atdılar ki, torpaqları müharibə yolu ilə geri qaytara bilməyəcəkdilər. Ancaq onlar gələcək zəfərlərini qurmağı bacardılar. İndi bizi eyni şey gözləyir. Ya depressiyaya düşməliyik, ya da gələcək zəfərimizi bu məğlubiyyət üzərində qurmalıyıq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam