Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

İlham Əliyev və Mehriban Əliyeva -Rober Osseynin ailəsinə başsağlığı verib

İlham Əliyev və Mehriban Əliyeva Rober Osseynin ailəsinə başsağlığı verib

Prezident İlham Əliyev Rober Osseynin ailəsinə başsağlığı məktubu göndərib.

Yenixeber.org: Başsağlığı mətnində deyilir:

"Dünya teatr və kino sənətinin görkəmli nümayəndəsi, aktyor, ssenarist, rejissor Rober Osseynin vəfatı ilə əlaqədar Mehriban xanımla birlikdə dərin hüznlə başsağlığımızı veririk.

Rober Osseynin dolğun səhnə və ekran fəaliyyəti əsnasında canlandırdığı rəngarəng obrazlar, bənzərsiz ifalar, quruluşçusu olduğu çoxsaylı tamaşalar kino və teatr sənətinin parlaq nümunələridir.

Rober Osseyn Azərbaycanın əsl dostu idi. Azərbaycanlı soy-kökləri ilə fəxr edən Rober Osseyn ölkəmizin hüdudlarından kənarda yaşasa da, qəlbən ata yurduna bağlı idi. Məhz bu səbəbdən o, dəfələrlə ölkəmizə səfər etmişdir. Ona Azərbaycanda hər zaman böyük hörmət və rəğbət bəslənilmişdir. Onunla görüşlərimizi və söhbətlərimizi həmişə ən xoş təəssüratlarla xatırlayıram.

Unudulmaz sənətkar və səmimi insan Rober Osseynin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam