Ermənistanda yollar bağlanıb, qəza olub: -ölən və yaralananlar var

Ermənistanda güclü qar yağması və şaxta səbəbindən bütün avtomobil yolları bağlanıb, yaxud təhlükəli elan edilib.
Yenixeber.org: “Novosti Armeniya” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yollarda yaranmış vəziyyət səbəbindən qəzalar baş verib. Yanvarın 13-də səhər saatlarında Spitak-Gümrü avtomobil yolunda “VAZ 2107” və “VAZ 21099” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralılar Spitakdakı hospitala aparılıblar.
Digər yol qəzası isə paytaxt Yerevanda qeydə alınıb. “Mazda”, “BMW” və “Mitsubishi Pajero”nun toqquşması nəticəsində yaralanan 1 nəfəri hospitala yerləşdiriblər.









AZ
RU