Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bu ölkədə 283 nəfərdə “Britaniya” ştammı tapılıb

Danimarkada 283 nəfərin koronavirus infeksiyasının Böyük Britaniyada aşkar olunan yeni ştammına yoluxması faktı qeydə alınıb.

Yenixeber.org: Bunu Danimarkanın Yoluxucu Xəstəliklərlə Mübarizə İnstitutu məlumat yayıb.

Şənbə günü (16 yanvar – Red) bu rəqəmin 256 olduğu bildirilmişdi. Həkimlər qeyd edib ki, “Britaniya” ştammını təyin etmək çox vaxt apardığı üçün məlumatların ötürülməsində gecikmə yaranır.

İndiyədək ölkədə ümumilikdə 189 088 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 775 nəfər vəfat edib.

Hökumət, yeni infeksiyanın artması fonunda, beş nəfərdən çox qrup halında toplaşmağı qadağan edib. Həmçinin bütün ictimai yerlərdə maska ​​taxmaq vacibdir. Danimarkada bütün restoranlar, barlar, kinoteatrlar, teatrları, idman zalları, ticarət mərkəzləri və gözəllik salonları bağlanıb. Səlahiyyətli şəxslər məhdudlaşdırıcı tədbirləri fevralın əvvəlinə qədər uzadıblar.

Xatırladaq ki, krallıqda aşkar edilən bu ştamm çox sürətlə yayılır. Bu səbəbdən Londonda və Britaniyanın cənub-şərqində özünütəcrid rejimi tətbiq edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam