Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Rusiya bankları Xankəndidə filiallarını açır? -Xəbər yayıldı

Rusiya bankları Xankəndidə filiallarını açır?  - Xəbər yayıldı

Ermənistan banklarının Qarabağdakı şöbələri bağlanır. 

Yenixeber.org: Bu haqda işğalçı ölkənin bəzi teleqram-kanalları məlumat yayıb. 

“Stepanakertdəki mənbələrimiz “Ameria” və “Ardşinbank”ın Qarabağdakı filiallarının bağlanması barədə məlumat verirlər. Söhbətin yalnız bu bankların filiallarının, yoxsa Qarabağdakı Ermənistan banklarının bütün filiallarının bağlanmasından getməsi hələlik məlum deyil. Əldə etdiyimiz məlumata görə, Rusiyanın "Vneştorqbank"(“VTB”) bankı yaxın vaxtlarda Qarabağın bank bazarına daxil olacaq"- yayılan xəbərdə belə deyilir.

Xatırladaq ki,  Rusiyanın adı çəkilən bankı hələ 2008-ci ildə Azərbaycana müraciət etmədən erməni işğalı altındakı Xankəndində törəmə filialını açıb. Lakin Azərbaycan Milli(indi Mərkəzi) Bankının xəbərdarlığından sonra həmin filial bağlanıb və  "VTB"-nin Azərbaycanın "AF Bank"-ının səhm nəzarət paketini almasına icazə verilib. Bu minvalla "VTB" Azərbaycan bank bazarına daxil olub,  onun burada filialları açılıb və hazırda da uğurla fəliyyət göstərirlər.  /Moderator


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam