Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Robert Koçaryan şoka düşüb-Qarabağdakı məğlubiyyətə görə

 

 “44 gün ərzində insanları aldatdılar ki, biz qalib gəlirik və 44-cü gün təslim aktı imzalandı. Bu, həqiqətən şok idi” .

Yenixeber.org: Bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan müsahibəsində deyib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti ölkənin bütün potensialını səfərbər etmək və müharibədə qələbəyə yönəltmək əvəzinə KİV vasitəsilə xalqa yalan danışdı.

“Açıq danışsaq, cəmiyyətimizin bu cür manipulyasiyaya qarşı nə qədər zəif olduğunu görmək məni təəccübləndirdi. Mənim üçün sürpriz oldu. Ancaq hərbi vəziyyət hakimiyyətə doğru məlumatları bloklamaq üçün şərait yaratdı. Bundan əlavə, insanlar pozitiv məlumatlara, qələbə çalmağımıza inanmaq istədilər. Onlar elə buna görə də hakimiyyətin yalan həblərini udmağa meyilli oldular. Bax, problem budur” .

Koçaryan bildirib ki, son günə qədər erməni xalqı məğlub olduğunu bilməyib: “Verdiyimiz qurbanlar, ölü və yaralı sayı haqqında heç nə deyilmirdi. Bu cür informasiyaların açıqlanması fikrimcə, çaxnaşma yaratmazdı. Cəmiyyəti səfərbər edərdi. Baş verənlərin tamamilə əksi olardı”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam