Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bu ölkədə qadınlar da orduda xidmət edəcəklər

 

Səudiyyə Ərəbistanında qadınların orduya qatılmasına və yuxarı rütbələrə yüksəlməsinə icazə verilib.

Yenixeber.org: Bu barədə qərar vəliəhd şahzadə Məhəmməd bin Salmanın qadınlarla bağlı islahatları çərçivəsində qəbul edilib.

Bildirilib ki, bunun üçün qadınlar 21-40 yaşında olmalı, boyları isə 155 santimetrdən qısa olmamalıdır.

Qərara görə, qadınlar quru, dəniz, hava, raket qüvvələrinə və səhiyyə sahəsinə müraciət edə bilərlər.

“Qadınların qabiliyyətlərini və vətəndaşlıq haqlarını dəstəkləyən təzə  qanunlar sayəsində qadınlar yeni bir çalışma mərhələsinə girəcək ki, bu da qadın-kişi bərabərliyinə milli inancın bir təzahürüdür”, - məlumatda bildirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında kişilərin silahlı qüvvələrə qatılması üçün əsas meyar 17-40 yaş arasında olmaqdır. Digər meyar isə boyları 160 santimetrdən qısa olmamalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam