Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

"BİLMİRLƏR Kİ, TƏYYARƏLƏRİNİ KİM OĞURLAYIB..." -" Bütün dünyaya biabır oldular"

“Prinsipcə, Ermənistanda baş verənlər tragikomediya səhnəsini xatırladır. Mən bunu belə xarakterizə edərdim. Təsəvvür edin, onların təyyarəsi yoxa çıxır, onlar bilmirlər təyyarələri hardadır, hansı istiqamətə uçduğunu bilmirlər, pilotlar gizləniblər, təyyarə yoxa çıxıb və onlar oturub düşünürlər ki, təyyarəni kim oğurlayıb”.

Yenixeber.org: Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Bundan başqa, Abu-Dabidə İDEX sərgisində (beynəlxalq müdafiə sərgisi – “Report”) Ermənistan stendi heç vaxt olmadığı qədər təmiz idi. Orada heç bir eksponat yox idi. Digər tərəfdən, göstərməklərə nələri var ki? Axı onların hərbi istehsalı yoxdur. Başqa tərəfdən, onun-bunun arxasınca düşüb özünü ona-buna oxşatmağa nə ehtiyac var ki, orada stendin olsun? Bütün dünyaya biabır oldular. Hamı öz məhsulunu gətirib, erməni stendində isə hansısa bukletlər idi. Bu, biabırçılıqdır. Daha sonra deyirlər ki, “İsgəndər” raketi atılıb və 10 % partlayıb. Bu, lətifədir”, - dövlət başçısı vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam