Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Türkiyə PA-nın rəsmisi -Los-Ancelesdə Azərbaycan bayrağının yandırılmasını qınayıb

Türkiyə PA-nın rəsmisi Los-Ancelesdə Azərbaycan bayrağının yandırılmasını qınayıb

"ABŞ-da bir qrup ekstremist erməni tərəfindən Azərbaycan bayrağına bürüdülmüş müqəvvanın asılaraq edam edilməsinin sevinclə qarşılanması və azərbaycanlıların açıq-aşkar təhdid olunduğu nümayişin keçirilməsi aparılan təşviqatın nəticəsidir".

Yenixeber.org: Bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun tviterdə yazıb.

"1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulunu şəhid edən erməni terrorçu Hampinq Sasunyan mart ayında sərbəst buraxılıb. Bu qatillərin cəzasız qalmasının sadəcə yeni nəsil ekstremistlərin tərəfdarlarının cəsarətləndirilməsinə xidmət edəcəyi barədə xərəbdarlıq etmişdik.

Tarixi təhrif etmək ABŞ-da yaşayan azərbaycanlıları təhdid edən erməni ekstremistlərini daha da cəsarətləndirir. Bu vəziyyətdən narahatıq. Bütün təhdidlərə qarşı Azərbaycanın yanında olduğumuzu bildirir, ABŞ rəhbərliyini lazım olan tədbiləri görməyə çağırırıq. Mayın 1-də Los-Ancelesdə erməni terrorçular tərəfindən şəhid edilən diplomatlarımızla bağlı sərgimiz açılacaq", - o vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam