Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Bu ölkədə parlament hökuməti və proqramı təsdiqlədi

Moldova parlamenti hökuməti və proqramı təsdiqləyib

Moldova parlamenti Baş nazir Natali Qavrilisanın başçılıq etdiyi hökumətin tərkibi və proqramını təsdiqləyib.

Yenixeber.org: Prezident Mayya Sandunun Faəliyyət və Həmrəylik Partiyası kabineti dəstəkləyib.

Bildirilib ki, 61 deputat kabinetin və proqramın lehinə səs verib. 32 deputatdan ibarət kommunistlər və sosialistlər bloku müxalifətə keçdiklərini elan edərək hökumətin lehinə səs verməyiblər. “Şor” Partiyası da 6 deputatı ilə yeni kabineti dəstəkləməkdən imtina edib.

Yeni baş nazir Natali Qavrilisa 1977-ci il sentyabrın 21-də Moldovanın Dnestryanı (Pridnesroviye) bölgəsinin Malaeştı kəndində anadan olub. 2000-ci ildə Moldova Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 2005-ci ildə ABŞ-ın Harvard Universiteti yanında Con F.Kennedi adına Dövlət İdarəetmə Məktəbində dövlət siyasəti magistr dərəcəsini alıb. Müxtəlif vəzifələrdə çalışıb. 2015-2019-cu illərdə Londonda Qlobal İnnovasiya Fondunun Baş direktoru işləyib.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam