Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

İsrail Azərbaycana təşəkkür edib-SƏBƏB

İsrail Xarici İşlər Nazirliyi (XİN) yanğınlarla mübarizədə kömək təklifi üçün Azərbaycan XİN-ə təşəkkür edib.

Yenixeber.org: İsrail XİN "Twitter"də etdiyi paylaşımında "Həmrəylik və dostluq üçün təşəkkürlər, Azərbaycan XİN. Çox sağ olun!" yazıb.

Qeyd edək ki, artıq üçüncü gündür, İsrail yanğınsöndürmə və xilasetmə qrupları Yerusəlimin (Qüds) qərbində böyük meşə sahəsini və təpələri əhatə edən, ətrafdakı yaşayış məntəqələrinə də təhlükə yaradan yanğınlarla mübarizə aparır.

İsrailin Yanğınla Mübarizə və Xilasetmə Xidməti bildirib ki, ən azı 17 000 hektar ərazi yanıb. Yanğınla mübarizəyə 110 yanğınsöndürmə qrupu, 10 təyyarə cəlb olunub. Bunun ölkə tarixinin ən böyük meşə yanğınlarından biri olduğu bildirilir.

İsrail XİN bildirib ki, hava dəstəyi üçün Yunanıstan, Kipr, İtaliya, Fransa və digər ölkələrə müraciət olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam