Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib-FOTOLAR

Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib

Azərbaycanda səfərdə olan gürcü jurnalist, bloger və ekspertlər Şuşa şəhərini ziyarət edib.

Yenixeber.org: Gürcüstan büromuz xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı Səfirliyi məlumat yayıb.

Qonaqlar Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın vəziyyəti ilə ətraflı tanış olublar. Onlar işğal dövründə dağıntılara məruz qalmış Şuşanın küçələrini gəzib, şəhərin hazırkı durumunu müşahidə ediblər.

Dağıdılmış tarixi binalar və abidələri öz gözləri ilə görən gürcüstanlı qonaqlar işğalın dəhşətli üzünü daha aydın şəkildə duyduqlarını bildiriblər.

Səfər çərçivəsində Xanqızı Xurşidbanu Natəvan, Üzeyir Hacibəyli və Bülbülün büstləri, Bülbülün bərpa edilmiş ev-muzeyi, Vaqifin məqbərəsi, Yuxarı Gövhərağa məscidi də ziyarət olunub. Nümayəndə heyəti Cıdır düzünə də baş çəkib.

Gürcüstanın ictimaiyyət nümayəndələrinin Azərbaycana səfəri davam edir.

Qeyd edək ki, gürcüstanlı qonaqlar bundan öncə işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarında da olublar.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam