Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Hulusi Akar -ABŞ-ı PKK/YPG-yə dəstək verməkdə ittiham edib

“YPG bütün mənalarda PKK-nın özüdür. Müttəfiqlərimizə onların başçıları ilə görüşmələrinin, foto çəkdirmələrinin, onlara silah-sursat, hərbi texnika vermələrinin doğru olmadığını hər görüşdə çatıdırırıq”.

Yenixeber.org: Türkiyə Milli Müdafiə Nazirliyinin saytı xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar hökumətin toplantısından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində ABŞ Prezidenti Cozef Baydenlə keçirdiyi görüşdə terrorçu PKK-nın Suriya qolu YPG-yə yardım edilməsinin müttəfiqliyə uyğun gəlmədiyini deyib.

H. Akar Prezident R.T.Ərdoğanın Rusiyaya səfəri zaman müzakirə edilə biləcək məsələlərdən də danışıb. O, rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşə biləcəklərini istisna etməyib.

Müdafiə naziri Türkiyə və Rusiya dövlət başçılarının Əfqanıstanla bağlı məsələni müzakirə edəcəklərini və orada Qətərdən olan mütəxəssislərlə birlikdə fəaliyyət göstərdiklərini söyləyib: “Biz Əfqanstanda uyğun bir həll yolunu axtarırıq. Əsas hədəfimiz insanlıq baxımından əfqan xalqının humanitar ehtiyaclarının doğru-düzgün şəkildə ödənilməsidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam