Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Azərbaycanla Ermənistan arasında qruplar yaradılıb-etimadın qurulması üçün

Gürcüstanda Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında etimadın qurulması mövzusunda seminar keçirilib.

Yenixeber.org: Avropa İttifaqının dəstəyi ilə baş tutan müzakirələrdə azərbaycanlı və erməni alimlər, siyasi ekspertlər və analitik mərkəzlərin nümayəndələri iştirak ediblər.

İştirakçılar hazırkı Azərbaycan-Ermənistan münasibətləri, 44 günlük müharibədən sonra sülh və münaqişə məsələləri, həmçinin Cənubi Qafqazda sülh perspektivləri mövzusunda fikir mübadiləsi aparıblar. Seminarda hazırda müzakirə və təklif olunan müxtəlif sülh təşəbbüsləri müsbət qiymətləndirilib, sülh proseslərinə iştiraka hazırlıq ifadə olunub.

Müzakirələrdə etimadın möhkəmləndirilməsi üzrə bir neçə praktiki ideya müəyyən edilib və onların üzərində işlərin davam etdirilməsinə dair razılıq əldə olunub. Bunun üçün üç işçi qrupu və üç təmas qrupu yaradılıb. İşçi qruplarının diqqət mərkəzində etimadın möhkəmləndirilməsi tədbirləri və humanitar, mədəni və təhsil məsələləri, iqtisadi fəaliyyət, əlaqəlilik və müxtəliflik olacaq. Təmas qrupları isə media, gənclər, qadın və gender məsələləri ilə məşğul olacaqlar.

Seminar “LINKS Europe” tərəfindən təşkil olunub. Tədbirə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsinin ofisinin təmsilçiləri də qatılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam