Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Bu ölkədə karantin rejimi 2 həftə müddətinə uzadılıb

Cənubi Koreyada COVID-19 pandemiyası ilə əlaqədar paytaxt Seul və onun ətrafında tətbiq olunan ən yuxarı səviyyədə sosial məsafə rejimi oktyabrın 17-dək uzadılıb.

Yenixeber.org: Yonhap agentliyi xəbər verir ki, hökumətin belə qərar qəbul etməsinə səbəb bütün səylərə baxmayaraq yoluxma sayını nəzarət altına almağın mümkün olmamasıdır. Sərt sosial məsafə rejimi paytaxt Seul, onun ətrafındakı Qyonqci vilayətində və İnçon şəhərində tətbiq olunur. Bu rejim dövründə saat 18-dən sonra ictimai məkanlarda peyvənd olunmayan 2 nəfərdən çox insanın toplaşması, kafe və restoranların saat 22-dən sonra fəaliyyəti qadağandır. Ölkənin digər yerlərində isə bir pillə aşağı sosial məsafə rejimi tətbiq olunur.

Qeyd edək ki, hazırda pandemiyanın 4-cü və daha ağır dalğasının müşahidə olunduğu Cənubi Koreyada iyulun 7-dən bəri sutkalıq yoluxma sayı 1000-dən çox olub. Sentyabrın 24-də isə antirekord qeydə alınıb – 3 min 273 yoluxma. Ölkə üzrə əsas yoluxma ocaqları paytaxt və onun ətrafındadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam