Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

FATMA ABDULLAZADƏ AEROPORTDAN GERİ QAYTARILIB - Ölkədən çıxışına qadağa qoyulub

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulubmuş.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, buna səbəb Fatma Abdullazadənin rəhbərlik etdiyi sahə üzrə fəaliyyətinin istintaqda araşdırılması olub.

Bir müddət əvvəl Fatma Abdullazadə Azərbaycandan müalicə adı ilə xaricdə yaşamağa getmək istəyərkən hava limanından geri qaytarılıb və ölkədən çıxışına "stop” qoyulduğu deyilib.

Hazırda sabiq şöbə müdirinin ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılıb-qaldırılmaması barədə məlumat yoxdur.

Qeyd edək ki, Fatma Abdullazadə 1993-2005-ci illərdə Azərbaycan Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri, 2005-2017-ci illərdə isə Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışıb.(Qaynarinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam