Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Fransa Avstraliyaya xəbərdarlıq etdi-SƏBƏB

Fransanın Avstraliya ilə əlaqələrindəki dərin böhran uzun müddət davam edəcək, inamı geri qaytarmaq və problemləri həll etmək üçün isə konkret addımlar atılmalıdır. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda yazılıb.

Yenixeber.org: Nazirlik qeyd edib ki, Fransa səfirinin Kanberradan geri çağırılmasından sonra diplomatla hərtərəfli məsləhətləşmələr aparılıb.

“Avstraliyanın qərarından qaynaqlanan dərin böhran uzun müddət davam edəcək və həll edilməsi üçün konkret addımlar tələb edəcək”, - Fransa XİN-ni vurğulayıb.

Qeyd edək ki, Avstraliya daha əvvəl İngiltərə və ABŞ ilə AUKUS platforması çərçivəsində müdafiə və təhlükəsizlik sahələrində tərəfdaşığın qurulmasını və Fransanın “Naval Group” şirkəti ilə sualtı qayıq müqaviləsindən çıxdığını elan edib.

“Əsrin Müqaviləsi” adlandırılan 90 milyard Avstraliya dolları (56 milyard avro) həcmində olan müqavilər Barracuda tipli 12 hücum sualtı qayığının istehsalını nəzərdə tuturdu.

Fransa Xarici İşlər Naziri Le Drian Avstraliyanın bu addımını “arxadan vurulan zərbə” adlandırıb.

Paris həm Avstraliyadan, həm də ABŞ-dan izahat gözləyir.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam