Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Çavuşoğlu: -"ABŞ Türkiyəni ittiham etməkdənsə, xalqına düzgün məlumat versin"

Çavuşoğlu: ABŞ Türkiyəni ittiham etməkdənsə, xalqına düzgün məlumat versin

“ABŞ Türkiyəni ittiham etməkdənsə, yürütdüyü yanlış siyasətdən əl çəksin”.

Yenixeber.org: Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu venesuelalı həmkarı ilə keçirdiyi mətbuat konfransında bildirib.

M.Çavuşoğlu Türkiyənin Suriyadakı fəaliyyəti ilə əlaqədar ABŞ Konqresinin irəli sürdüyü iddialarla bağlı sualı cavablandırarkən deyib:

“ABŞ hakimiyyəti Konqresə məktub göndərərkən, yaxud Amerika xalqını məumatlandırarkən doğrunu söyləmir. Bundan başqa, bu hakimiyyət xalqı ilə də, konqreslə də doğru-dürüst davranmalıdır”.

“Bu, köçür-yapışdır kimi bir məktubdur. Əvvəllər də belə bəyanatlar olub. ABŞ terrorçu PKK ilə YPG arasında fərqin olmadığını çox yaxşı bilir. Ancaq Suriyadakı bu terror qruplaşmasına çox yaxşı dəstək verir. ABŞ qanunlarına görə isə bu cinayətdir. ABŞ-ın Suriyada olmasında əsas hədəfinin İŞİD-ə qarşı mübarizə olmadığını bilirik. İŞİD-ə qarşı dünyada mübarizə aparan yeganə qüvvə bizim ordumuzdur” - deyə M.Çavuşoğlu əlavə edib.

Qeyd edək ki, ABŞ qüvvələrinin Suriyada qalma müddətinin uzadılması ilə bağlı Konqresə müraciət göndərib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam