Azərbaycan Prezidenti bu gün Serbiyaya gedir

İlham Əliyev son 10 ildə ilk dəfə olaraq Serbiyaya səfər edəcək.
Yenixeber.org: Bu haqda informasiyanı “Sputnik Azərbaycan” nəşri yayıb.
Mənbə yazır ki, bu məsələ yayda Azərbaycan lideri ilə Serbiya Xarici İşlər Nazirliyinin rəhbəri Nikola Selakoviçin danışıqlarında müzakirə edilib.
İlham Əliyevin Qoşulmama Hərəkatının yüksək səviyyəli toplantısının açılışından bir gün əvvəl Belqrad şəhərinə gələcəyi gözlənilir.
Məlumdur ki, Azərbaycan Hərəkatın hazırkı sədri kimi Serbiya tərəfinin 11-12 oktyabr tarixlərində Belqradda Qoşulmama Hərəkatının Birinci Konfransının 60 illiyini birgə qeyd etmək təşəbbüsünü dəstəkləyib.









AZ
RU