Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

FHN-in Gəncədəki mərkəzində ASAN xidmət könüllülərinin iştirakı ilə -“Açıq qapı” günü keçirilib

FHN-in Gəncədəki mərkəzində ASAN xidmət könüllülərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzində Gəncə Regional ASAN xidmət könüllülərinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.

Yenixeber.org: Ilk olaraq Mərkəzin inzibati binasında ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyulub.

Sonra FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik Asif Məmmədli FHN-nin Gəncə Regional Mərkəzinin fəaliyyəti, şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətin artırılması, hərbi vətənpərvərlik mövzularında çıxışlar edilib.

Daha sonra pandemiya qaydaları qorunmaqla Mərkəzin akt zalında təbii və texnogen mənşəli fövqəladə hadisələr barədə ətraflı məlumat verilib. Xüsusi xilasetmə hissəsinin şəxsi heyətinin kazarmasına baxış keçirilib, sinif otağında aparılan dərslərlə tanış olunub.

Xüsusi xilasetmə hissəsinin şəxsi heyətinə "həyəcan" siqnalı verildikdən sonra şərti xilasetmə işləri aparılaraq, şərti olaraq köməksiz vəziyyətdə olan yaralının xilas edililməsi prosesi göstərilib.Könüllülər qəza-xilasetmə avtomobili, alət və avadanlıqlar, həmçinin yanğınsöndürmə texnikaları ilə də yaxından tanış olub, avtomobil və texniki vasitələrin xüsusiyyətləri barədə məlumatlandırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkli çəkilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam