Qonşu ölkədə sutkada 1028 nəfər koronavirusdan ölüb

Rusiyada son sutka ərzində daha 34 073 nəfər koronavirusa yoluxub. Operativ Qərargahın verdiyi məlumata görə, ölkədə yoluxanların ümumi sayı 8 094 825 nəfərə çatıb.
Yenixeber.org: Son sutka ərzində 1 028 nəfərin COVID-19-dan öldüyü bildirilib. Ümumilikdə Rusiyada bu virusdan ölənlərin sayı 226 353 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.









AZ
RU