Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

İlham Əliyev: -"Keçmiş məcburi köçkünləri maksimum qısa müddətdə qaytarmaq üçün fəal iş aparırıq"

İlham Əliyev: Keçmiş məcburi köçkünləri maksimum qısa müddətdə qaytarmaq üçün fəal iş aparırıq

"İkitərəfli münasibətlərə gəldikdə, biz əlaqələrin intensivləşəcəyinə ümid edirik. Hesab edirəm ki, mövcud potensial ötən illərdə tam həcmdə reallaşdırılmayıb. Buna görə əlbəttə ki, iqtisadi-ticari sahəyə diqqət yetirmək lazımdır, bu sahədə əmtəə dövriyyəsini artıra bilərik".

Yenixeber.org: Bunu Prezident İlham Əliyev oktyabrın 28-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin etimadnaməsini qəbul edərkən deyib.

"Bundan əlavə, bildiyiniz kimi, Azərbaycan ölkənin hüdudlarından kənarda fəal sərmayə qoyur. Biz Qırğızıstanda investisiya layihələrini ətraflı müzakirə edə bilərik və əlbəttə, beynəlxalq arenada qarşılıqlı dəstək ölkələrimizi həmişə yaxınlaşdırıb. Əminəm ki, biz gələcəkdə də BMT məkanında, İslam Əməkdaşlıq Təşkilatı və əlbəttə, Türk Şurası, MDB və digər təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyəcəyik. İkinci Qarabağ müharibəsi dövründə biz Qırğızıstan xalqının dəstəyini hiss edirdik. Vətəndaşlardan çoxlu müraciətlər olurdu, həmrəylik hissləri bildirilirdi, biz bunu çox yüksək qiymətləndiririk. Hazırda Azərbaycanın dağıdılmış ərazilərinin bərpası dövrüdür və biz keçmiş məcburi köçkünləri maksimum qısa müddətdə öz əzəli torpaqlarına qaytarmaq üçün fəal iş aparırıq"- dövlət başısı bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam