Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

“Cailber”in yeni süjeti: -“Bizə heç kimə heç nəyi sübut etmək lazım deyil” - VİDEO

 

“Cailber” layihəsinin “YouTube” səhifəsində “Dəhliz, müharibə və sadə erməni gənci barədə” (“O koridore, voyne i prostom armyanskom parne”) adlı süjet təqdim olunub.

Yenixeber.org: “İşğaldan azad edilmiş ərazilərimizdə bu gün baş verənlər infrastrukturun bərpası və yeni layihələrin işə salınması, əcnəbi nümayəndələrin səfərləri, hər əkilən ağacın, hər tikilən yarımstansiyanın açılışının işıqlandırılması ilk növbədə qlobal erməniçiliklə informasiya müharibəsində vacibdir, baxmayaraq ki, müharibə bir il əvvəl bitib”, - deyə reportajda bildirilir.

Kadrlarda Azərbaycan ərazilərinin işğalı dövründə erməni diasporunun pulu ilə “Qədim erməni dağlarında “cənnət” haqqında” danışılanlara baxmayaraq, ermənilərin necə miskin şəkildə yaşadıqlarını göstərən kadrlar əks olunub və Azərbaycanın tarixi zəfəri ilə başa çatan 44 günlük müharibədən sonra ərazidə görülən quruculuq işlərindən danışılıb.

“Cəmi bir il keçib amma artıq Füzuli-Şuşa yolu tikilib, iki qardaş ölkənin iki qardaş lideri Füzuli Beynəlxalq Aeroportunun açılışını edib”, - deyə videoda vurğulanıb.

“Bizə heç kimə heç nəyi sübut eləmək lazım deyil. Sadəcə düşmənin vaxtilə ilə etdiklərini və bizim gördüklərimiz, görməyə davam etdiyimiz işləri göstərmək kifayətdir”, - filmdə bildirilib.

Daha ətraflı “Caliber”in yeni süjetində:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam