Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

TDƏŞ-ə üzv dövlətlərin -Baş Prokurorları Şurasının Əsasnaməsinin detalları açıqlanıb

TDƏŞ-ə üzv dövlətlərin Baş Prokurorları Şurasının Əsasnaməsinin detalları açıqlanıb

“Regionda təhlükəsizliyin qorunması bundan sonra daha səmərəli şəkildə təşkil ediləcək”.

Yenixeber.org: Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasının yekunlarına dair təşkil olunan birgə mətbuat konfransında deyib.

Baş prokuror buna ehtiyacın olduğunu bildirib. Onun sözlərinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının Əsasnaməsində regional əməkdaşlıq əksini tapıb:

“Bu, konkret cinayət işlərində yardım, hüquqi vəsadətlərin göndərilməsi, ekstradisiya məsələlərində işlərin daha intensiv həyata keçirilməsi ilə bağlıdır. İkinci istiqamət prokurorluq əməkdaşlarının bilik və bacarıqlarının ölkələrin qarşılıqlı olaraq hüquq sisteminin öyrənilməsi, faydalı olarsa, bu təcrübələrin qarşılıqlı tətbiqi ilə bağlıdır. Ümid edirik ki, son nəticədə regionda təhlükəsizliyin qorunması daha etibarlı təmin ediləcək. İnsan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi, çirkli pulların leqallaşdırılması sahəsində birgə regional əməkdaşlığa ciddi ehtiyac var. Əsasnamədə bu məsələlər də əksini tapıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam