Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Türkiyə Prezidenti: -"Ədalətsizliyə son qoyuldu və Azərbaycan öz torpaqlarını geri qaytardı"

Türkiyə Prezidenti: Ədalətsizliyə son qoyuldu və Azərbaycan öz torpaqlarını geri qaytardı

"Azərbaycan öz torpaqlarını geri qaytardı və bununla da, 30 illik ədalətsizliyə son qoyuldu".

Yenixeber.org: Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın VIII Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı və Türkiyənin sabiq Baş naziri Binəli Yıldırımın səsləndirdiyi müraciətdə deyilir.

Türkiyə Prezidenti öz müraciətində Ermənistanın, təxminən, 30 il ərzində Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxladığını, nəticədə minlərlə insanın ev-eşiyindən məhrum olduğunu, xeyli insanın itkin düşdüyünü xatırladıb.

“Azərbaycan uzun müddət gözlədi. Axır ki, ədalətsizliyə son qoyuldu və Azərbaycan öz torpaqlarını geri qaytardı”, - R.T.Ərdoğan bildirib.

O, Türkiyənin uzun illər heç bir münasibət saxlamadığı Ermənistan ilə münasibətləri inkişaf etdirmək təşəbbüsü ilə çıxış etdiyini vurğulayaraq, gələcəyə baxmağın vacibliyini deyib: “Əsas vəzifələrimizdən biri regiondakı bütün ölkələr arasında dost münasibətlərinin qurulmasıdır. Biz, Qafqazda sülhün bərqərar olmasına xüsusi töhfə veririk”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam